Onlayn ictimai-siyasi qəzet
Bu gün yerli vaxtla 21:38-də Saatlı rayonunda zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.
***
Qeyd edək ki, bu gün yerli vaxtla saat 21:38-də Saatlı rayonunda baş verən zəlzələ Saatlı rayonu və ətraf ərazilərdə 3 bala qədər hiss olunub.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ