Onlayn ictimai-siyasi qəzet
Belçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstini tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost məlumat verib.
Prevostun dediyinə görə, Belçikanın Fələstin dövlətini tanıması Fransa və Səudiyyə Ərəbistanının birgə təşəbbüsü çərçivəsində baş tutacaq.
“İsrail hökumətinə qarşı sərt sanksiyalar tətbiq edilıcık. HƏMAS tərəfdarları tərəfindən antisemitizmin istənilən təzahürü və ya terrora haqq qazandırılması qəti şəkildə pisləniləcək”, - Belçika XİN-in bəyanatında bildirilir.
Eyni zamanda Belçika Xarici İşlər Nazirliyi belə tədbirlərin İsrail vətəndaşlarını cəzalandırmaq üçün deyil, beynəlxalq hüquq normalarına riayət etmək məqsədi daşıdığını vurğulayıb.
Belçikanın qərarı Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla bir neçə ölkə Baş Assambleya zamanı Fələstini tanımaq planlarını açıqladıqdan sonra verilib.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ