Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanın Kunar vilayətində baş verən güclü zəlzələ fəlakətli nəticələrə səbəb olub.
Musavat.com "Tolo News"a istinadən xəbər verir ki, yüzlərlə insan hələ də dağıntılar altında qalıb, axtarış-xilasetmə işləri davam etdirilir.
Məlumatda bildirilir ki, təbii fəlakətdən ən çox Kunarın bir neçə yaşayış məntəqəsi zərər çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə dağıntılar altında qalan insanların çıxarılması üçün xilasetmə briqadalarının gecə-gündüz çalışdığı görünür.
Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, ölənlərin sayı 1000 nəfəri keçib. Rəsmi statistika qurbanların sayının 3250 nəfərə çatdığını göstərir. Bundan əlavə, 8000-dən çox ev tamamilə dağılıb və minlərlə ailə evsiz qalıb.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ