Onlayn ictimai-siyasi qəzet
ABŞ Rusiyadan neft və qaz aldığına görə Çinə Hindistana tətbiq etdiyi rüsumlar kimi tariflər tətbiq etməyi düşünür.
Musavat.com xəbər verir ki, bunu Sloveniyanın Bled şəhərində keçirilən Beynəlxalq Strateji Forumun kuluarlarında ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"Bu, Çinlə apardığımız müzakirələrin bir hissəsidir. Bu, şübhəsiz ki, müzakirənin bir hissəsidir", - Uitaker bildirib.
Qeyd edək ki, avqustun 27-də Hindistanın Rusiya neftini alması səbəbindən ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi 25 faizlik rüsum qüvvəyə minib. Bundan əvvəl Vaşinqton administrasiyası ölkənin yeni ticarət siyasəti çərçivəsində Hindistana 25 faiz rüsum tətbiq etmişdi. Beləliklə, Hindistan mallarına ümumi rüsum 50 faizə yüksəlib.
Hindistan idxaldan yüksək səviyyədə asılı olan dünyanın üçüncü ən böyük neft istehlakçısıdır. Hindistan neft emalı zavodları xammalı 30-dan çox ölkədən, o cümlədən Rusiyadan alır. Rusiyanın Hindistanın ümumi idxal həcmində payı 30 faizdən yüksəkdir.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ