İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yumurta bahalaşa bilər - Patruşev anons etdi

İqtisadçı: “Rəqəmlərin doğruluğuna inansaq, ixracın artması qiymətlərə təsir etməməlidir”

“Azərbaycandan yumurtalar çox yaxın vaxtlarda Rusiya Federasiyasına, Türkiyədən isə iki-üç həftəyə gələcək ki, bu da bu məhsulun qiymətlərini tənzimləməyə imkan verəcək”.

Bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

“Azərbaycandan yumurtalar tezliklə gəlməlidir. Sözün əsl mənasında, mən hesab edirəm ki, iki-üç həftədən sonra yumurta Türkiyədən müvafiq idxal rüsumu olmadan gələcək, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”, - nazir bildirib.

Bəs o halda Azərbaycanda yumurta bahalaşa bilərmi? Məsələ ondadır ki, vaxtilə ölkəmizdən Rusiyaya kütləvi pomidor ixracı nəticəsində bu tərəvəz bazar-dükanlarda kəskin bahalaşmışdı. Hərçənd bir müddət öncə Azərbaycanın pomidor ixracından gəlirləri kəskin aşağı düşmüşdü. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan 124 290.17 min dollar dəyərində 112 064.36 ton pomidor ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından təxminən 10 milyon dollar azdır. Həcm baxımından isə cüzi azalma (0.2 faiz) qeydə alınıb. Başqa sözlə, bu il və keçən ilin müvafiq dövrlərində ixrac həcmləri demək olar ki, eyni qalsa da gəlirlərdə ciddi azalma qeydə alınıb. Qiymətdə isə bahalaşma qeydə alınıb. Ekspertlərin rəyinə görə, Azərbaycanda daxili bazarda son günlər pomidorun kəskin bahalaşmasının səbəbi havaların qeyri-sabit keçməsi oldu. Güclü yağışlar nəticəsində sahələr bərpad vəziyyətə düşdü və məhsul azaldı. Məhsulun azlığı qiymətlərin qalxmasına gətirib çıxardı. Ehtimala görə, qış aylarında bahalaşma davam edəcək, çünki satışda istixanalarda istehsal edilən pomidorlar var.

Vüsalə Əhmədova dövlət büdcəsində kəsir yaranmasının səbəblərini açıqladı

Vüsalə Əhmədova  

İqtisadçı alim, AĞ Partiya başqanının iqtisadi məsələlər üzrə müşaviri Vüsalə Əhmədova  “Yeni Müsavat”a bildirib ki, kəskin bahalaşmanın olma ehtimalı azdır: “DSK-nin hesabatına görə, 2022-ci ildə 2.018.146 min ədəd yumurta istehsal olunub, həmçinin də 1.339 min ədəd yumurta idxal olunub. Əhalinin 2022-il üzrə istehlakı ilə bağlı məlumat daxil edilməyib. Bəzi mənbələrdə, hazırda ölkə əhalisinin gündəlik yumurta ehtiyacının 3.6 milyon ədəd olduğu bildirilir. 2023-cü ildə 2022-ci il müqayisədə yumurta istehsalında isə 9,9 faiz artım baş verdiyi qeyd edilir. Belə olan halda, 2023-cü il üzrə yumurta istehsalımız 2.217.942 min ədəd təşkil edir. İllik yumurta istehlakını isə 1.314 milyon ədəd olaraq müəyyən etmək olar. Belə nəticə çıxara bilərik ki, yumurta ilə özünütəminetmə səviyyəsi 100 faizdən artıqdır. Rəqəmlərin doğruluğuna inansaq, ixracın artması qiymətlərə təsir etməməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR