Onlayn ictimai-siyasi qəzet
Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Musavat.com APA-ya istinadla xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta saat 13:00-da işdə olarkən ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxıb.
Bundan sonra onun mobil telefonuna zəng çatmayıb. Axşam saat 19:00-da isə yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbiristanlığının girişində aşkarlanıb.
Ş. Əliyevin yaxınları qəbiristanlığı axtararkən onun meyiti içəridə, ağacdan asılı vəziyyətdə tapılıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
20 Aprel 2025
08:04 Qlobal iqtisadiyyat Trampın rüsum siyasətinin ilk təsirlərini hiss etməyə başlayıb - Bloomberg
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ