İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda vəzifəli şəxs qəza törətdi - ÖLƏN VAR

Bu gün Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Musavat.com xəbər verir ki bu barədə Bunu DSMF-nin mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili paylaşım edib.

O qeyd edib ki, hadisədən dərhal sonra Turan Əsədov yaralını avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb.

“Lakin təəssüf hissi ilə bildiririk ki, həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib. Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR