İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış xəstəlik nədir? - AÇIQLAMA

Son günlər Azərbaycanda uşaqlar arasında mövsümi xəstəliklər, rotavirus yayılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilmişdi. Bildirilmişdi ki, son bir ayda uşaqlarda qusma, yüksək hərarət və ishal müşahidə edilir. Bunun epidemiya şəklində olduğu vurğulanırdı.

Bu və digər məsələlərə aydınlıq gətirmək üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədovla əlaqə saxladıq.

Uzman doktor BAKU.WS-ə açıqlamasında bildirdi ki, rotavirus mövsümi xarakter daşıyan xəstəlikdir.

“Mədə-bağırsaq sistemini tutan viruslar qrupuna aiddir. Xüsusilə bu yaz-payız aylarında artım izləyirik. Bu gündə yaz aylarının başlaması və havaların isindikdən sonra artım müşahidə edirik”, - deyə mütəxəssis bildirib.

Azər Əhmədov deyir ki, xüsusilə 6 aylıq və ondan kiçik uşaqlar üçün təhlükəlidir:

“Bəzi özəl xəstəxanalarda uşaqlar 3 aylığından başlayaraq peyvənd olunur. Bu peyvənd olunmayan uşaqlar xəstəliyi daha ağır keçirir.

Peyvənd olunan uşaqlar nisbətən daha yüngül keçirirlər. 6 ayın altında olan uşaqlar kiçik olduqları üçün daha tez maye itirirlər, təzyiq düşməsi, qan şəkərinin düşməsi, halsızlıq, qanda asetoz halının ortaya çıxması uşağın vəziyyətinin ciddi şəkildə ağırlaşmasına səbəb ola bilir.

Ona görə də 6 ayın altında olan uşaqların valideynlərini daha diqqətli olmağa çağırırıq. Əgər uşağın qusması artır, yeməkdən imtina edirsə, qarın getməsi və ishalın sayı artarsa, uşağa mütləq venadaxili dəstək maye vermək və xəstəxanaya yatırtmaqda fayda var”.

Azər Əhmədov onu da vurğulayıb ki, nisbətən böyük uşaqların ev şəraitində müalicəsi mümkündür:

“Çox təəssüf ki, bu, infeksion və yoluxucu xəstəliklər qrupuna aiddir. Yoluxucu xəstəliklərin hamısının qapalı məkanlarda yayılma ehtimalı daha yüksəkdir.

Xüsusilə ortaq yemək və su istifadəsi bu halın bir az da artmasına səbəb ola bilir. Valideynlər belə vəziyyətdə dərhal antibiotikdən istifadə edirlər. Ancaq bu zaman antibiotikin heç bir faydası yoxdur, əksinə ishalı artırır”.

Azər Əhmədov valideynlərə məsləhət bilir ki, övladlarında rotavirus halları müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir. Evdə özbaşına müalicə etmək vəziyyəti ağırlaşdıra bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR