Onlayn ictimai-siyasi qəzet
Salyan sakini atasının 23 il əvvəl satdığı avtomobilin hələ də cərimələrini ödəyir.
Salyan rayon sakini Elşən Hüseynov deyir ki, atası Fərman Hüseynov 2000-ci ildə "ZİL" markalı maşını Bakı sakininə satıb.
“Həmin avtomobilin etibarnamə müddəti 8 il əvvəl bitib.”
Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlməyə başlayıb.
Elşən Hüseynov deyir ki, əvvəllər cərimələr onun atasının adına gəlirdi. Atası rəhmətə gedəndən sonra isə öz adına gəlməyə başlayıb. Onun sözlərinə görə, atasının sağlığında aidiyyatı qurumlara müraciət ediblər. Lakin məsələ həllini tapmayıb.
Referans.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən "Xəzər Xəbər"ə bildirdilər ki, vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi axtariş sisteminə daxil edilib və hal-hazırda axtarışdadır. Bildirilib ki, ki, sözügedən nəqliyat vasitəsi hazırda şikayətçi olan sahibi tərəfindən etibarnamə əsasında başqa şəxsin istifadəsinə verilib.
Müddətin bitməsi ilə əlaqədar etibarnamə ləğv edildikdən sonra isə həmin avtomobillə törədilmiş inzibati xətalarla bağlı elektron cərimə protokolları mərkəzi informasiya sisteminin məlumatı əsasında onun sahibinin adına sənədləşdirilib.
Hal-hazırda nəqliyyat vasitəsinin axtarışları davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ