İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda test imtahanları ləğv edilir? - DİM-dən CAVAB

İlk yayın vaxtı 22:08

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

DİM-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil:

"Bu, 2017-ci ildə verilən bir müsahibəndir və 2019-cu ilin qəbul modeli haqqında idi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, sanki test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı". Klinikalar

Qeyd edək ki, ölkənin bəzi xəbər saytları Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2017-ci ildə "ASAN Radio"ya verdiyi müsahibədən çıxarışlar edərək, test imtahanlarının guya ləğv edilməsi haqda məlumat yayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR