İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda “sovetdə qalan” məktəb: şagirdləri azalır, yarısı bağçaya çevrilir

Şəki şəhəri, Dodu məhəlləsində yerləşən 9 nömrəli məktəb hələ də sovet izlərini qoruyub saxlayır.

Ölkə.Az xəbər verir ki, məkəbin divarları üzərində sovet dövrünün simvolu olan pioner təsvirləri hələ də qalmaqdadır.

Yerli əhali arasında “rus məktəbi” adlandırılan bu təhsil müəssisəsinin divarının bir çox hissəsində sovetdənqalma bu izlər hələ də sökülməyib. Bəziləri bunu normal qarşılasa da, müstəqillik dövründə bu cür izlərin qalmasına tənqidi yanaşanlar da var.

Məktəblə bağlı digər bir məsələ isə təhsil müəssisəsinin baxımsız vəziyyətdə olmasıdır.

Qeyd olunur ki, məhz bu səbəbdən sözügedən təhsil müəssisəsində oxuyan şagirdlərin sayı ildən-ilə azalır. Şagirdlərin sayının azlığından təhsil ocağının bir hissəsinin bağça kimi fəaliyyət göstərdiyi də deyilir.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə soğu göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR