İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda şirkət rəhbəri TUTULDU: 42 min manatlıq...

Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən "Casablanca Travel" MMC-nin təsisçi-direktoru Xəyal Həmidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, X.Həmidov ayrı-ayrı vətəndaşlara müxtəlif ölkələrə turların təşkili vədlərini verərək onların ümumilikdə 42 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR