İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda referendumla bağlı YENİ XƏBƏR - Zamanı dəyişdi

Deputat: “Yalnız icra hakimiyyətlərinə görə referendum keçirilmir”

2023-cü ilin payız aylarında Azərbaycanda konstitusiya dəyişiklikləri üçün referendumun keçirilməsi ilə bağlı xəbərlər bir neçə ay əvvəlki kimi daha aktual deyil. KİV-də gedən informasiyalarda iddia edilirdi ki,  konstitusiyada bir çox ciddi dəyişikliklər ediləcək. Bura proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin nəzərdə tutulduğu iddia edilirdi.

Bu ilin fevral ayında prezident, sentyabr ayında parlament seçkiləri keçirilib, dekabrda isə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Kamran Bayramov Modern.az-a bildirib ki, referendumla bağlı hazırda təşəbbüs yoxdur: “Sözün açığı, məncə, belə bir zərurət yoxdur. İcra hakimiyyətlərinin ləğvi ilə bağlı məsələlər müzakirə olunurdu. Amma konkret qərar yoxdursa, hər hansı referendumdan danışmağa dəyməz. Referendum keçiriləndə ictimai dinləmələr olur, Referendum aktı Milli Məclisin müzakirəsinə çıxarılır. Konstitusiyaya görə referendum təşəbbüsü əsasən ölkə başçısının səlahiyyətindədir. Belə təşəbbüs yoxdursa, indiki dövrdə referendumdan danışmağa dəyməz. İcra hakimiyyətinin ləğv olunması, yaxud statusunun dəyişilməsi kimi məsələlər də hazırda aktual deyil. Çünki hazırda icra hakimiyyətləri fəaliyyət göstərir. Yalnız icra hakimiyyətlərinə görə referendumun keçirilməsi baş vermir. Bunun üçün konstitusiyanın bir neçə maddəsinə dəyişiklik edilir. Referendum olsaydı, digər məsələlər də ortaya çıxa bilərdi. Bu məsələlər gündəmdə deyil axı. Ona görə də referendumdan danışmağa indiki halda dəyməz”.

Bəllidir ki, noyabrda ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən COP29 iqlim konfransı keçiriləcək. Həm də qarşıdan bələdiyyə seçkiləri gəlir və bu səbəblərdən  referendum aktual deyil. Bir mənbə isə deyib ki, konstitusiya dəyişiklikləri mütləq olacaq və bu proses gələn ilin yazında başlaya bilər.

Doğrudanmı deputatın dediyi kimi, ümumiyyətlə, referenduma çıxarılacaq aktual səbəb, məsələ yoxdur?

İqtidarla müxalifət düşmən deyil - Natiq Cəfərli Ədalət Vəliyevlə görüşdən  danışdı

 Natiq Cəfərli

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda idarəetmə, iqtisadi və  sosial problemlərin həlli konstitusion islahatlardan, idarəetmənin təkmilləşdirilməsindən keçir: “Bu məsələ dəfələrlə bəyan edilib. Ona görə də Azərbaycanda yeni idarəetmə sisteminə keçidlə bağlı konstitusiya islahatlarına ehtiyac var. Bu, həm yerli icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərin bələdiyyələrə verilməsi ilə əlaqəlidir. Çünki konstitusiyada yerli özünüidarəetmə orqanlarının səlahiyyəti ilə icra hakimiyyətinin səlahiyyəti arasında ciddi qarışıqlıq var və konstitusiyada İcra hakimiyyətləri anlayışı mövcuddur. Onları çıxarmaq üçün isə referendum keçirilməsinə ehtiyac var. Lakin konstitusiyada dəyişikliklər üçün vaxtı çatan məsələ tək bunlar deyil. Azərbaycanda seçki sistemində dəyişiklik edilməsi-proporsional seçki sisteminin tətbiq edilməsinə, hökumətin parlament qarşısında daha çox hesabatlı olması və sair bu kimi çoxsaylı məsələlər də var ki, onların da həyata keçirilməsi üçün referendum keçirilməlidir. Bu addımların atılması gec-tez həyata keçəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR