İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müvəqqəti qalan Rusiya vətəndaşları haqda qanun QÜVVƏYƏ MİNDİ

Bu gündən Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı qarşılıqlı olaraq fərqli qaydaların müəyyən edilməsi haqqında" qərarda əksini tapıb.

Qərara əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. Bundan əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.

Xatırladaq ki, bundan öncə Rusiya da analoji qərar qəbul edib. Belə ki, bu gündən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

03 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR