İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda müdhiş dələduzluq olayı - Məhkəmə başlayır

124 nəfərə qarşı dələduzluq əməlində təqsirləndirilən Toğrul Kərimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İyulun 26-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüqar Qurbanovun sədrliyi ilə keçiriləcək.

Məlumatlara görə, Toğru Kərimov dələduzluq əməlini işə düzəltmə adı altında həyata keçirib. İddia olunur ki, o, özünü "STT Group" şirkətinin rəhbəri kimi təqdim edərək qurbanlarını dənizçi işinə düzəltmək vədi verib və bununla da onların külli miqdarda pulunu dələduzluq yolu ilə keçirib./Qaynarinfo 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR