İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda mənzil tikintisinə 805 milyon manat yatırılıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 725,9 milyon manat məbləğində investisiya yatırılıb.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur.

11 ayda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 24,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb. İstifadə olunmuş vəsaitin 9 milyard 422,3 milyon manatı və ya 59,9 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 498,6 milyon manatı (35,0 faizi) xidmət sahələrinə, 805,0 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 12 milyard 207,7 milyon manatını və ya 77,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 463,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 40,5 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,6 faiz təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR