Onlayn ictimai-siyasi qəzet
Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub.
Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir.
Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər.
Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən sonra evə buraxılıblar.
Ətraflı Baku TV-nin süjetində:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ