İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda maliyyə amnistiyası verilsin” - təklif

Milli Məclisin iclaısnda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə ilə bağlı fikirlərini bildirən deputat Vahid Əhmədov dedi ki, Azərbaycanda maliyyə amnistiyasının verilməsinə ehtiyac var. Onun sözlərinə görə, vaxtilə qanunsuz yollarla külli miqdarda vəsait əldə edənlər həmin vəsaitlərin böyük hissəsini xaricə çıxarıb. O vəsaitlərin ölkədə qalması, yaxud ölkəmizin inkişafına sərf olunması üçün iqtisadi amnistiyaya ehtiyac var.

Deputat həmçinin qeyd etdi ki, ölkədə 10 il bundan əvvəl qanun qəbul olunsa da, bugünədək gəlir deklarasiyası tətbiq olunmur. Çünki normativ sənədlər işlənib hazırlanmayıb.

Birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, maliyyə amnistiyası məsələsini Vahid müəllim əvvəllər də qaldırıb: “Vahid müəllim, o ölkələr maliyyə amnistiyası elan ediblər ki, orda iqtisadiyyat tam kriminallaşıb. Mən birmənalı şəkildə bildiririəm ki, bizim iqtisadiyyatımız tam sağlamlaşmağa doğru gedir”.

Gəlir deklarasiyasına gəldikdə, Ə.Hüseynli dedi ki, qanunvericilik baxımından doğru yanaşmadır. Amma bir çox ölkələr gəlir deklarasiyası versə də, korrupsiyanın səviyyəsi orda yüksəkdir. Birinci vitse-spiker dedi ki, bu qanunu qəbul etməklə qanunsuz pul köçürmələrinin qarşısını ciddi şəkildə almış olacağıq.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR