Onlayn ictimai-siyasi qəzet
Gəncədə iş adamı oğlunu həbs etdirib.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü A.Sultanov (soyad şərtidir) Gəncə şəhər Atatürk prospektində yerləşən “Siti senter” mağazasına gəlib. O, mağazanın sahibi olan atasında pul tələb edib.
Lakin iş adamı M.Sultanov oğluna pul verməkdən imtina edib. Bundan sonra A.Sultanov mağazadan çıxaraq uca səslə söyüş söyməyə, ictimai asayişi pozmağa başlayıb, atasının ünvanına nalayiq ifadələr işlədib.
Polisə müraciət edildikdən sonra 31 yaşlı A.Sultanov saxlanılıb. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Gəncə şəhər Məhkəməsinə göndərilib və ona 5 sutka inzibati həbs cəzası verilib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ