İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iki qızı aldadıb meşəyə aparıb əxlaqsızlıq edən oğlan belə cəzalandırıldı

Bakıda tanış olduğu iki yeniyetmə qızı Qusara qaçıraraq onlara qarşı əxlaqsızlıq edən Qusarın Piral kənd sakini 2005-ci il təvəllüdlü A.H həbs edilib.

Musavat.com bildirir ki, publika.az-ın məlumata görə, 19 yaşlı oğlan barəsində Cinayət Məcəlləsinin 150.3.3 və 150.2.5-ci maddələri ilə cinayət işi açılıb.

Bəlli olub ki, valideynlərinin boşanmasından bir müddət sonra Amir atası ilə Bakıya gələrək kirayə ev tutub. Atası geri qayıtdıqda isə o, Xırdalanda tanışları ilə kirayədə qalıb. Bu müddət ərzində Amir "Instagram" sosial şəbəkəsində 14 yaşlı qızla tanış olub və onunla Alatava ərazisində yerləşən meşə-parkda görüşüb.

Amir 14 yaşının tamam olmasına bir neçə ay qalmış qıza onunla evlənəcəyini deyib və Qusara birgə qaçmağa razı salıb. Daha sonra onlar Qusarda Amirin atasının evinə gediblər. Burada gənc oğlan yetkinlik yaşına çatmayan qızla əlaqədə olub. Qızın evdən qaçmasından sonra Amir yenidən paytaxta qayıdıb. Bu dəfə o, 16 yaşlı qızla tanış olub və onu da eyni formada aldadaraq Qusara aparıb və onunla yaxınlıq edib.

Toplanmış materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Amir Hakimov səkkiz il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR