Onlayn ictimai-siyasi qəzet
"Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərə cavab olaraq bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edib, sonrakı dərslərdə iştirak etməyib".
Oxu.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Goranboyda məktəbli qaçırılıb.
Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb. İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparır. (Unikal)
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ