İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşət! - sürücü avtomobilin içərisindəYANARAQ ÖLDÜ - FOTO

Bu gün saat 12 radələrində Balakən rayonunun Poştbinə kəndi ərazisində hərəkətdə olan “Daewoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.Bildirilib ki, hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Balakəndə minik avtomobilində yanaraq ölüb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə Tülü kəndi ərazisində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Dinavasov Arus Səidbəy oğluna məxsus "Nexia R3" markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə Balakən YMH-nin texnikaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Lakin sürücü Dinavasov Arus Səidbəy oğlu avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR