İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: Ata qızını bıçaqladı, sonra intihar etdi

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A. Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A. Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib.

Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR