İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu yol yenidən qurulur - Foto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunu əsaslı şəkildə yenidən qurur.

Agentlikdən Musavat.com-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Artıq yolun 11 kilometrlik hissəsində yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri yekunlaşıb.

Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da nəzərdə tutulub. Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.

Sonda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR