İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu xidmət 3 dəfə bahalaşdı

Göyçayda şəhər mərkəzində yerləşən bazara giriş üçün qiymətlər artırılıb. Əvvəllər kənd təsərrüfatı məhsullarını satmağa gələnlərdən giriş üçün 50 qəpik-3 manat arasında vəsait tələb olunurdusa, indi bu məbləğ 3-4 dəfə artırılıb.

Musavat.com bildirir ki, xezerxeber.az-ın məlumatına görə, sakinlər maşınlarını bazardan kənarda saxlayaraq, satmaq üçün gətirdikləri məhsulları əllərində daşımalı olurlar.

Bazara daxil olmaq üçün kimi 2 manat, kimi də 5-7, hətta 12 manat ödəyir.

Satıcıların bəziləri məcbur qalıb 12 manat ödəməklə bazara giriblər.

Məsələ ilə bağlı bazarın nümayəndəsi Coşqun Şərifov bildirib ki, qiymətlərin qaldırılması bir neçə ay əvvəldən olub.

Hazırda bazara maşınla girmək istəyənlər yüklərini əllə aparırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR