Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrin Azərbaycan seqmentində bir neçə ay əvvəl vəfat etmiş azyaşlının fotolarından istifadə edərək dələduzluq olunur.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu feysbuk hesabında yazıb.
O bildirib ki, vəfat edən 13 yaşlı oğlanın şəkli ilə feysbukdakı "Lalafo" səhifəsində yardım üçün pul yığırlar:
"Qohumumun bir neçə ay öncə vəfat edən 13 yaşlı oğlunun şəkli ilə feysbukdakı "Lalafo" səhifəsində yardım üçün pul yığırlar. Bu elana inanmayın, pul göndərməyin. Elanda şəkli qoyulan İmanov Şakir Kənan oğlu bir neçə ay öncə ağır xəstəlikdən vəfat edib. Atası ilə də əlaqə saxladım, fırıldaqçıların əməlindən xəbərdardır, vəfat etmiş övladının adından pul yığılmasına görə çox pis haldadır".//Baku.ws
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ