İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ağır qəza - Qadın sürücü yaralandı, qızı öldü

Hacıqabulda yol qəzası baş verib.

APA bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi "Hyundai" markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb. Sürücü Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR