Onlayn ictimai-siyasi qəzet
Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev gözlənilməz qərar verib.
O, karyerasını I Liqada davam etdirəcək.
32 yaşlı kiper növbəti mövsüm aşağı liqada mübarizə aparacaq «Qəbələ»yə qayıdıb.
Bir illik fasilədən sonra «qırmızı-qaralar»ın düşərgəsinə dönən «əlcək sahibi» qarşıdakı 2 ili əhatə edən kontrakta imza atıb.
Ötən sezonu «Səbail»də keçirən Ağayev yaxınlarda «Neftçi» ilə münasibətlərini rəsmiləşdirmişdi. Səlahət 2018-2020-ci illərdə formasını geyindiyi «ağ-qaralar»la 2 illik anlaşmışdı.
Bakılılar onu hətta özləriylə Türkiyə toplanışına da aparmışdı. Gəl ki, fanatların sərt reaksiyası bu izdivacı pozdu.
2021-ci ildə keçirilən «Sabah» - «Neftçi» oyunu zamanı onlara göstərdiyi qeyri-etik jesti yaddan çıxarmayan tərəfdarlar qapıçının dönüşünün əleyhinə çıxdı, klub rəhbərliyi də geri çəkildi.
Səlahət üçün daha sonra «Turan Tovuz» variantı yarandı. Kurban Berdiyev xidmətində maraqlı olsa da, tərəflər arasında danışıqlar məntiqi yekun almadı.2021-ci ildə keçirilən «Sabah» - «Neftçi» oyunu zamanı onlara göstərdiyi qeyri-etik jesti yaddan çıxarmayan tərəfdarlar qapıçının dönüşünün əleyhinə çıxdı, klub rəhbərliyi də geri çəkildi.
Səlahət üçün daha sonra «Turan Tovuz» variantı yarandı. Kurban Berdiyev xidmətində maraqlı olsa da, tərəflər arasında danışıqlar məntiqi yekun almadı./sportinfo
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ