İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa silahlı hücumu pisləyib

Musavat.com xəbər verir ki, bu barədə XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

İsrail polisi hadisəni terror aktı adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR