İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan siyasiləri və mediası İranın hədəfində - Amilinin sərsəm hədələri

Xameneyinin Ərdəbildəki nümayəndəsi bizi nankor adlandırıb - partiya liderlərindən kəskin reaksiyalar

İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili yenə Azərbaycanı hədəf alan açıqlamalarla diqqət çəkib. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu dəfə məsciddəki çıxışında “Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil”, - deyə bəyan edib.

O, “Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”, - deyə sual da edib. “Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?”, - deyə Amili vurğulayıb və ölkəsinin bizə qarşı ermənipərəst siyasətinə görə ayıbına kor olmaq əvəzinə, utanmazcasına bizi nankorluqda ittiham edib.

Seyid Həsən Amili Azərbaycana qarşı sərsəm fikirlər səsləndirib

Bütün bu ittihamlardan sonra 360 dərəcə dəyişən Amili “Allahdan arzum budur ki, işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın” deyib, bu mövqeni isə ekspertlər səmimi hesab etmirlər. Maraqlıdır, Ərdəbil mollasını, Amilini Azərbaycan siyasətçiləri və mediası nə üçün belə narahat edir? Həm siyasiləri, həm mətbuatı hədəfə almaqda məqsəd və pərdəarxası niyyət nədən ibarətdir? İran bizə hansı yaxşılığı edib ki, onun “qarşılığını görmədiyi üçün” “dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir”, - deyə ölkəmizi ittiham edir?

Bu üzrü günahından betər olan açıqlamalarla Amili Bakının hansı addımlarından narahatdır? Tehrana “beş barmağımızın beşini də bal edirik”, yenə bizdən narazı qalırlar. Halbuki bizim haqqımız çatır ki, onları qınayaq - Amilinin liderinin “İran-Ermənistan arasında minilliklərlə yol” deməsinə görə... Zəngəzur dəhlizinin açılmasına qarşı olan, Ermənistana silah daşınmasına şərait yaradan, Qafana konsul təyin edən İran hələ də bu siyasətindən əl çəkmir, üstəlik, bizi günahkar çıxarırlar. Ümumiyyətlə, Amili tez-tez daban-dabana zidd, öz-özünü təkzib edən çıxışlar edir. Gah Qarabağda döyüşməyə hazır olduğunu bildirir, gah əleyhimizə fikirlər səsləndirir. Hərçənd, Aşqabadda prezidentlərin görüşü oldu, ümid etdik ki, Bakı-Tehran əlaqələri axarına düşəcək, amma yenə vaxtaşırı Amili kimilər ortaya çıxaraq suyu bulandırırlar.

Tural Abbaslı bu tarixdə evlənir • Faktinfo.az

 Tural Abbaslı 

AĞ Partiyanın başqanı Tural Abbaslı “Yeni Müsavat”a qeyd etdi ki, Amili din xadimi deyil, İran rejiminin siyasi fiqurudur. Partiya liderinin fikrincə, onun Azərbaycan haqda səsləndirdiyi fikirlər dövrün konyukturasına görə müəyyənləşir və Tehranın mövqeyini ifadə edir: “Hər halda, gündə bir fikir dəyişən adam öz müstəqil düşüncəsini ortaya belə qoymaz. Amili çox böyük qəbahətə yol verib, Azərbaycan heç zaman nankorluq etməyib, ona uzanan əllərə həmişə əl uzadıb, bizə tərəf bir addım olubsa, biz iki addım irəli gəlmişik. Görünür, Amili Azərbaycan xalqının xarakterini unudub və farslaşıb”. T.Abbaslı hesab edir ki, onun siyasətçiləri və jurnalistləri hədəfə çıxarmaqda məqsədi  cəmiyyətə bir siqnal ötürməkdir: “Yəni guya İrana bağlı dindarları göstərməyə çalışıb, demək istəyib ki, xilaskar bu zümrədir. Ancaq Amiliyə xatırladıram ki, siyasətdə və mediada şiə olanlar var, bizə qiymət vermək onun həddinə aid deyil. Yaxşı olar ki, bizim işimizə burun soxmasınlar, İranın içindəki çoxsaylı problemlərin həllinə vaxt ayırsınlar”.

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını  çox yaxşı güdür

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qeyd etdi ki, Amili kənddə xırıltılı banlayan xoruzlar kimi səs çıxarır: “Onun məqsədi odur ki, daxildə qarışıqlıq yaratsın, müxtəlif fitnə-fəsad törətsin, parçalanmaya səbəb olsun, bununla bir dəstək qazansın. Azərbaycan üçün Amili heç kimdir. Sadəcə, onlara cavab verilmədikcə quduracaqlar. Odur ki, İranın buradakı agentura şəbəkəsinə qarşı ciddi iş aparılmalıdır. Çünki bu rejimin bizə münasibəti bəllidir, düşmən mövqeyidir, imkan vermək olmaz ki, buradakı adamları "meydan sulasın"lar. Üstəlik, Amili kimi “şirin quyruğu” deyənlərin biz İran-İraq müharibəsində necə dovşana dönməsini görmüşük. Onlar heç nəyə nail olmayacaqlar və yaxşı olar ki, rəsmi Tehran siyasətinə yenidən baxsın, bu gediş münasibətlərə fayda verə bilməz. Əgər onlar Azərbaycanla normal qonşuluq əlaqələri istəyirsə, ticarət, iqtisadi əməkdaşlıq tərəfdarıdırsa, o zaman Amili kimilərin ağzını yumsunlar".

Fuad Əliyev: Yaxşılığı reklam etmək üçün etməzlər

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə “şirin quyruğu”nin yenə dilinin çıxdığını bildirdi: “Amiliyə biri izah etsin ki, Ərdəbildə mollalığını eləsin, oradan bura dil uzatmasın. Bu adamın qərəzi, nifrəti haradan qaynaqlanır, bəlli deyil. Çox təəssüf ki, Xameneyinin rəsmi nümayəndəsi belə fikirlər səsləndirir. Bu, təhqirdir, həqarətdir, düşmənçilik etməkdir. Amili Ermənistana niyə dil uzatmır? Bəlkə ermənilərlə ”minilliklərdir" getdikləri yol daha yaxşıdır? Əfsus ki, İran heç cür bizim qələbəmizlə barışa bilmir, 44 günlük müharibənin nəticələri onu yandırır, 2 ilə yaxındır bu şəkildə siyasət yürüdürlər. İndi də siyasət adamlarını satılmaqda ittiham edib, şiələrə xitab etməsi göstərir ki, cəmiyyətin içində bir nifaq salmaq arzusundadır, amma onun kimilərin fitnəsinə kimsə getməz. Sadəcə, İranın şiəlik üzərindən bu çirkin siyasəti aparması rəzalətdir. Azərbaycan hakimiyyəti iranpərəst, Qum, Tehran bağlantısı olanlarla bağlı real araşdırmalar aparmalıdır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR