İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ordusu bu kəndləri azad etməlidir - Deputat

Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Azərbaycana qarşı xain təxribatlardan bəhs edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, Ermənistanın rəhbər şəxslərindən tutmuş, sadə vətəndaşlara qədər hər kəs revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır.

FEZAİL.jpg (77 KB)

Deputat erməniləri revanşa sürükləyənlərdən bəhs edib:

“İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğalda olan 8 kəndi azad etməlidir! Hadisələrin gedişi heç də xoşagələn deyil”.

Fəzail Ağamalı daha sonra güneyli bacı-qardaşlarımıza xitab edib:

“Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi, müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR