İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan önəmli strateji tərəfdaşdır” - Rusiya XİN

“Azərbaycan Rusiyanın önəmli strateji tərəfdaşıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilir.

“Aprelin 4-də Rusiya-Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 30 il keçir. Azərbaycan Rusiyanın önəmli strateji tərəfdaşıdır. İkitərəfli münasibətlər bərabərlik və qonşuluq prinsiplərinə, qədim dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır”, - deyə məlumatda qeyd olunur.

Azərbaycan XİN də əlamətdar günlə bağlı tviterdə paylaşım edib: “Bu gün Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Rusiya Federasiyasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Rusiya arasında strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR