Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə illi komandamızın sabiq üzvü Fərid Quliyev hazırda ağır durumdadır.
Karyerasını bitirdikdən pis vərdişlərə qoşulan Quliyevin səhhəti heç də yaxşı deyil. Orqanizmini zəhərləyən aludəçilikdən qurtula bilməyən 38 yaşlı sabiq bombardir hazırda Maştağada yerləşən reabilitasiya mərkəzində müalicə olunur.
Fəridin şəxsi həyatı da bu səbəbdən uğursuz olub. Voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova ilə 2018-ci ildə ailə həyatı quran Quliyevin evliliyi bu səbəbdən uzun çəkməyib.
Fəridin durumu gün keçdikcə ağırlaşır. Onun daha müasir tələblərə cavab verən müalicəyə ehtiyacı var. Buna görə çoxprofilli xəstəxanaya köçürülməlidir. (Sportfm.az)
Qeyd edək ki, Fərid Quliyev "Bakı" və "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, eyni zamanda "ağ-qaralar"la ölkə kubokunu qazanıb. 2009/10 mövsümündə "Standart"la ölkə çempionatının bombardiri olub.
Quliyev Berti Foqtsun rəhbərliyi dövründə milli komandaya dəvət alıb./Publika.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ