İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İndoneziyanı belə soyacaq: Şərtlə açıqlandı...

İndoneziya ABŞ-dan 19,5 milyard dollarlıq enerji və kənd təsərrüfatı məhsulları, 50 ədəd Boeing təyyarəsi alacaq.

Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp İndoneziya ilə imzalanmış ticarət müqaviləsi barədə Truth Social-da yazdığı statusda açıqlayıb: “Bu müqavilə tarixdə ilk dəfə olaraq bütün İndoneziya bazarını ABŞ-ın üzünə açır. Müqaviləyə əsasən, İndoneziya ABŞ-dan 15 milyard dollarlıq enerji məhsulları, 4,5 milyard dollarlıq Amerika kənd təsərrüfatı məhsulları və çoxu 777 olacaq 50 Boeing təyyarəsi almağı öhdəsinə götürüb".

Prezident təsdiqləyib ki, ABŞ-a tədarük edilən İndoneziya mallarına 19 faiz rüsum tətbiq ediləcək. Amerikanın bu ölkəyə ixracı isə rüsumsuz olacaq.

Bundan əvvəl Tramp İndoneziya da daxil olmaqla bir sıra ölkələrin liderlərinə avqustun 1-dən əlavə rüsumlar tətbiq etmək niyyəti barədə məktublar göndərib. İndoneziya hakimiyyəti 32 faiz müəyyən etdiyi ticarət rüsumlarının azaldılması halında Amerika neft, qaz və kənd təsərrüfatı mallarının idxalını artırmağa hazır olduqlarını açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR