Onlayn ictimai-siyasi qəzet
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "İmişli"nin sabiq baş məşqçisi Fərid Namazovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı çalışdırıcı "Şamaxı"ya keçib.
Namazov bölgə klubunun əvəzedici komandasını çalışdıracaq. O, bu postda Məqsəd Yaqubəliyevi əvəz edəcək. Onun köməkçiləri də bəllidir. Ötən mövsüm "Səbail-2"də çalışmış Ramiz Hüseynov və Yaşar Abuzərov Namazova kömək edəcəklər.
Yeni məşqçilər korpusu artıq bu gün komandanı "ASK Arena"da səhər saatlarında baş tutan ilk məşqə çıxarıblar.
17 Oktyabr 2025
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ