İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məktəblərində 3 mindən çox müəllim yeri boşdur

Azərbaycandakı məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır.

Musavat.com xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən boş qalanlar yerlər oldu: "Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR