İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərindəki U-20 dünya çempionatında gümüş medal qazanıb.

"Report" xəbər verir ki, həlledici mərhələdə qırğızıstanlı Asan Janişovla üz-üzə gələn idmançımız 0:8 hesabı ilə məğlub olaraq mundialı ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR