Onlayn ictimai-siyasi qəzet
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.
Agentliyin mətbuat katibi Pərvanə İmanova Musavat.com-a açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".
***
30-dan çox azərbaycanlı 2 aydır Afrikada ac-susuz qalıb.
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib. Bu barədə Bakupost.az -a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib. O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Pərvanə İmanova bildirdi ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.
Ətraflı videoda.
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ