İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan futbolunda qalmaqallı qərar - Video

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Neftçi” - “Zirə” oyununda maraqlı epizod yaşanıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, matçın 72-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Rəşad Əhmədov “Neftçi”nin hücumu zamanı ofsayd qərarı verib.

Lakin həmin epizod zamanı qonaqların futbolçusu Donald Gerye başla topa zərbə vurarkən əli rəqib oyunçu Mateus Saldanyanın üzünə dəyib. Bundan sonra Rəşad Əhmədov epizodla bağlı VAR-ın qərarı gözləyib. VAR hakimləri isə epizoda qiymət vermək üçün Rəşad Əhmədovu monitora baxmağa dəvət edib.

Epizoda baxan referi qalmaqallı qərar verib. O, epizodu həm ofsayd kimi dəyərləndirib, həm də Donald Geryeyə əli rəqibin üzünə dəydiyinə görə ikinci sarı vərəqəni göstərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR