Onlayn ictimai-siyasi qəzet
"Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçirilib.
Musavat.com bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərrac nəticəsində Azərbaycan daxili dövlət borcunun 18 milyon 34,9 min manatlıq hissəsini vaxtından əvvəl geri qaytarıb.
Geri çağırılan qiymətli kağızlar üzrə məlumatlar aşağıdakı kimidir:
Bu il yanvarın 1-nə Azərbaycanın daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 14,8 %-i qədər olub. Ötən il yanvarın 1-i ilə müqayisədə daxili dövlət borcu 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsində daxili dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 170,3 milyon manat təşkil edib.
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ