İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan buğda idxalını azaldıb

2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 355 min 625 ton buğda idxal edib.

Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründəki idxaldan 36,6 min ton azdır – 2021-ci ilin 5 ayında buğda idxalımız 392,213 min ton təşkil etmişdi.

Həcm ifadəsindəki azalmaya baxmayaraq, buğda üçün xaricə ödədiyimiz pul kəskin artıb. Belə ki, 2021-ci ilin yanvar-mayında 392 min ton buğdaya 99,8 milyon dollar ödəmişdiksə, bu ilin eyni dövründə 355,6 min tona 124 milyon dollardan yuxarı vəsait ödənilib. Beləliklə, aydın olur ki, ötən il buğdanın 1 tonunu 254,4 dollara almışdıqsa, bu il 348,8 dollara almalı olmuşuq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR