Onlayn ictimai-siyasi qəzet
110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası heç bir medal qazana bilməyib.
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, beynəlxalq olimpiadada 6 qızıl medalla Çin birinci, 5 qızıl, 1 gümüş medalla ABŞ ikinci, 4 qızıl, 2 gümüş medalıa Cənubi Koreya üçüncü yeri qazanıb.
Qardaş Türkiyə 2 qızıl, 3 gümüş, 1 bürünc medalla 10-cu, 2 qızıl, 3 gümüş, 1 bürünc medalla İran 12-ci, 3 bürünc medalla Ermənistan 54-cü, 2 bürünc medalla Gürcüstan 63-cü yerdə, Azərbaycan komandası isə heç bir medal qazanmadan, 74-cü yerdə qərarlaşıb.
Xalidə Gəray
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ