İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

“Avroviziya 2024” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə ölkəmiz mayın 7-də birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka,Ermənistan, İsrail,Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Müsabiqənin ikinci yarımfinalı mayın 9-da, finalı isə mayın 11-də keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR