İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Petrosyanla bağlı SƏRT SÖZLƏR

"Levon Ter-Petrosyan reallıqdan qopub, amma problem təkcə bundadırmı? Yox. Məsələ ondadır ki, o, prezident olduğu illərdə də reallıqdan uzaq idi. Onlar siyasi idarəetmənin keyfiyyətindən danışanda elə bilirlər ki, xalq həmin dövrdəki idarəetməni, siyasi qətllər silsiləsini, küçələrdə hökm sürən xaosu unudub?"

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyana deyib.

Baş nazir bildirib ki, Petrosyan reallıq hissini çoxdan itirmiş adamdır:

"2008-ci ildə də reallıqla əlaqəsi yox idi, ona görə də tərəfdarlarını və həmfikirlərini unudaraq evdə oturdu. Elə bir təəssürat yaranır ki, bəzi adamların yaddaşı zamanla silinir, elə bil pozanla silirlər və sonra elə düşünürlər ki, 2008-də xalq küçəyə onu hakimiyyətə qaytarmaq üçün çıxmışdı. Halbuki xalq onun gətirdiyi Koçaryandan o qədər nifrət edirdi ki, hətta onun “klan aradan qalxandan bir neçə aya istefa verəcəyəm” sözlərinə də inanmışdı".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR