Onlayn ictimai-siyasi qəzet
Hazırda Qazaxıstanın keçmiş paytaxtı Almatıda gənclər arasında kokpar çempionatı keçirilir.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, çempionata 14 region, iki yüzdən çox iştirakçı qatılıb, onlarla gənc atlı qüvvəsini sınamaq üçün meydançaya çıxır.
Bildirilir ki, oyunun dinamikası hokkeyi xatırladır: mübarizə çətin və təmaslıdır, lakin həlledici amil atı idarə etmək bacarığı və komandanın ahəngdarlığıdır.
Qazaxıstan Kokpar Federasiyasının prezidenti Aidarbek Xodjanazarovun sözlərinə görə, gənclərin milli idman növlərini seçməsi bizim üçün vacibdir. “Biz onlara özlərini sübut etmək imkanı vermək üçün çempionatlar və turnirlər təşkil edirik. Eyni zamanda, klub kokparını inkişaf etdirməyi planlaşdırırıq, çünki bu, peşəkarlığa və auditoriyanın genişlənməsinə təkan verəcək, - federasiya prezidenti deyir.
Materialda göstərilir ki, bu, həm Azərbaycanda, həm də Qazaxıstanda gənclər arasında etnoidmana marağın artmasının göstəricisidir. Hesab olunur ki, qloballaşmanın tez-tez fərqlilikləri sildiyi bir dünyada bu cür idman növləri milli köklərə qayıdış və unikallığı qorumaq üçün perspektivlər açır.
Etnoidmanın inkişafı bu gün bütün türk dünyası üçün ümumi tendensiyaya çevrilir. Qazaxıstan son illərdə bu istiqamətdə sanballı bir addım atıb: milli idman növləri rəsmi olaraq olimpiya fənlərinə bərabərləşdiriib. Bu, populyarlaşma üçün yeni üfüqlər açıb və gəncləri milli adət-ənənələr vasitəsilə idmana həvəsləndirib.
Azərbaycanda da milli idman növləri təkcə yarış deyil, həm də mədəni kimliyin simvoludur.
Bu gün gənclər bu ənənələrə fəal şəkildə qayıdırlar. Məktəblərdə və idman klublarında milli fənlərə maraq artır, gənc idmançılar ölkəni beynəlxalq arenada uğurla təmsil edirlər. Yeni nəsil üçün belə yarışlarda iştirak təkcə idman deyil, həm də köklərə toxunmaq, keçmişlə canlı bağlılıq hiss etmək imkanıdır.
Bu kimi idman yarışlarının türk dünyasının inteqrasiyasında mühüm rol oynayacağı gözlənilir.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ