İnsanlara hürriyət, millətlərə istiqlal!

Azbüdcəli, 12 günə çəkilən “Apatiya” - Baş rol ifaçısı gecəyə qatılmadı  

“Apatiya-2” filminin qala gecəsi baş tutub.

Musavat.com xəbər verir ki, gecəyə filmin aktyor və çəkiliş heyəti ilə yanaşı bir çox məşhur qatılıb. Aktyor-rejissor Hikmət Rəhimov bildirib ki, sevgisizlik mövzusu onu narahat edir:

“Apatiya-2” “Apatiya-1”in davamıdır. Akifin 8-9 il sonrakı həyatıdır. Birinci filmdə ailə və sevgisizlik idi, ikidə cəmiyyət və sevgisizlikdir. Diqqətdən kənar qalmış uşaqların həyatından bəhs edir. İnanıram ki, birinci qədər diqqət və maraq görəcək”.

Aktyor Azər Aydəmir çəkilişlər zamanı qarşılaşdıqları maneələrdən danışıb:

“Apatiya-1” kifayət qədər müzakirələrə səbəb oldu. İkinci filmin ərsəyə gəlməsinə mane yaradan qurumlar oldu. Amma sağ olsun, Mədəniyyət Nazirliyi öz dəstəyini əsirgəmədi. Bütün maneələri dəf etdi”.

Diqqət çəkən məqam isə Sanura Japharovanın gecəyə qatılmaması olub.

Qeyd edək ki, filmdə Azər Aydəmir, Rasim Cəfər, Zülfiyyə Qurbanova, Vaqif Kərimov, Nəsibə Eldarova, Flora Hüseynova, Hikmət Rəhimov, Murad Şükürlü rol alıb.

Filmin baş qəhrəmanı Akif anasını tapmaq üçün uşaqlar evindən qaçır. Sonu dumanlı görünən bu əzablı yolda qəhrəman xeyli çətinliklərlə üzləşir.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR