İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Azərbaycan ATƏT-dən istədiyini aldı"  

"Yenə də İlham Əliyev uzaqgörənliyi, siyasi müdrüklüyü və diplomatik bacarığı qalib gəldi!"


"Məlum olduğu kimi, ATƏT-in fəliyyətdə olan sədri, Polşanın Xarici işlər naziri Zbiqnev Rau Bakıda səfərdədir. Bu səfər həm ölkəmiz, həm də region üçün çox önəmlidir. 30 il Ermənistanla Azərbaycan arasında münaqişənin (artıq keçmişdə qalan) həlli ilə məşğul olan və heç bir nəticə əldə etməyən bir qurumun rəhbərinin Bakıya səfəri, xüsusilə, son günlər Ermənistanın Qarabağda törətdiyi təxribatların və onların qarşısının alınması istiqamətində Azərbaycanın atdığı qətiyyətli addımlar fonunda ATƏT sədrinin nə deyəcəyi, hansı bəyanatla çıxış edəcəyi maraqla gözlənilirdi".
Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.
O, daha sonra qeyd edib:

- Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in sədrini qəbul edən zaman Ermənistanla imzalanacaq sülh müqaviləsinin baza prinsiplərini təşkil edən 5 müddəanı bir daha qeyd edərək Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasının şərtlərini diqqətə çatdırdı, münaqişənin həll olunduğunu və post-münaqişə mərhələsinin əsas çağırışlarını vurğuladı.

Rəsmi görüşlərdən sonra Zbiqnev Raunun mətbuata verdiyi açıqlamaların hazırkı vəziyyətə adekvat olduğunu söyləmək olar.

ATƏT sədrinin bəyanıtının əsas tezisləri:

1) Biz ATƏT-ə etimadın artırılmasına və postmünaqişə dövründə fəaliyyətə çox böyük önəm veririk;
2) Təcavüz faktı ATƏT-in özünün mövcudluğu üçün təhlükədir;
3) ATƏT Azərbaycan və Ermənistan arasında dialoqa, iki ölkə arasında dayanıqlı sülh sazişinin imzalanması işinə töhfə verə bilər;
4) Mən buradan İrəvana gedəcəyəm, orada çağırış edəcəyəm ki, onlar ehtiyatlı davransınlar və diplomatik həll yoluna üstünlük versinlər;
5) ATƏT 4000-ə yaxın itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsinə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə töhfə verməyə hazırdır.

Göründüyü kimi, ATƏT-in hazırkı sədri “ATƏT-in Minsk qrupu”, “Dağlıq Qarabağ”, “münaqişə” və ya “status” kimi öz əhəmiyyətini itirmiş söz və söz birləşmələrindən istifadə etmədi. Tam əksinə, Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun, çox praqmatik və regionda sülhə və təhlükəsziliyə töhvə verə biləcək mesajlar səsləndirdi.

Belə bir yanaşma son 30 ildə ATƏT-in tarixində, özü də sədr səviyyəsində ilk dəfə idi ki, sərgilənirdi. Hesab edirəm ki, bu bəyanat Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın, Vətən müharibəsində əldə etdiyi şəksiz qələbənin, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstəyin ATƏT səviyyəsində ifadə olunması, tanınması və etirafı idi. Azərbaycan dövləti və xalqı bu ədaələtli yanaşmanın təmini üçün 30 il mübarizə aparmalı oldu. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Şanlı ordusu və qəhrəman xalqı Vətən müharibəsini qələbə ilə başa çatdırmaqla, Ermənistanın işğalalına son qoymaqla, təkbaşına BMT TŞ qətnamələrini icra etməklə ədalətin təntənəsinə nail oldu.

ATƏT sədrinin bu bəyanatı ATƏT -in bütün istitutları üçün əsas kimi götürülməli, bu qurumdakı bəzi manipulyasiyalara, xüsusilə, Minsk qrupunu diriltmək istəyən həmsədr ölkələrin siyasi dairələrinə və Ermənistana açıq dərs olmalıdır. Bu, bəyanat heç şübhəsis ki, digər beynəlxalq təşkilatlarda, özəlliklə ATƏT PA-da bizim mövqeyimizi daha da gücləndirəcək və Ermənistanın siyasi manevrə imkanlarını və spekulyasiyalarını xeyli dərəcədə məhdudlaşdıracaqdır.

ATƏT sədrinin verdiyi mesajlar 10 noyabr Üçtərəfli Bəyanatın starteji maraqlarımıza cavab verdiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının hərbi-siyasi yollarının necə dəqiqliklə və uzaqgörənliklə müəyyən edildiyini bir daha təsdiq etmiş oldu.

Zbiqnev Raunun 5 bənddən ibarət bugünkü açıqlamasından sonra bütün beynəlxalq təşkilatlardan əlini üzən, sadəcə, ATƏT-ə və onun həmsədrlik institutuna az da olsa ümid bəsləyən Ermənistanın bütün ümüdləri puç oldu.

Artıq, necə deyərlər, çevrə qapandı və Azərbaycan hərb meydanında əldə etdiyi möhtəşəm qələbəni diplomatik müstəvidə də tam möhkəmləndirdi. Başqa sözlə desək, əməkdaşlıq və təhlükəsizlik səhəsində ixtisaslaşmış, Helsinki Yekun Aktının icrasına bir başa məsuliyyət daşıyan ATƏT-dən istədiyini ala bildi.

Yenə də İlham Əliyev uzaqgörənliyi, siyasi müdrüklüyü və diplomatik bacarığı qalib gəldi!

Düşünürəm ki, aprelin 6-da Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə cənab Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında nəzərdə tutulan görüşdə “Fərrux zəfəri”ndən sonra əldə etdiyimiz siyasi üstünlüyə ATƏT sədrinin net mesajları da əlavə ediləcək, bu görüş Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində sülh müqviləsinin hazırlanması və imzalanması üçün dönüş nöqtəsi olacaqdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR