İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli danışdı: “Son ana qədər Hökumə xanımla danışırdıq…”  

 

Bakı-Qroznı reysi üzrə uçuş zamanı vurulan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin sağ qalan bələdçisi Aydan Rəhimli faciə ilə bağlı danışıb. Musavat.com bildirir ki, o, baş verən dəhşətli anları “Xəzər Xəbər”-ə verdiyi müsahibədə bölüşüb.

Aydan Rəhimli bildirib ki, təyyarədə iki dəfə güclü partlayış olub və bu partlayışlar nəticəsində təyyarə ciddi zədələr alıb. Onun sözlərinə görə, partlayış zamanı qəlpələr təyyarənin salonuna daxil olub, nəticədə bəzi sərnişinlər və ekipaj üzvləri yaralanıb.

Musavat.com digər mənbələr əsasında bildirir ki, yaralılar arasında bir qadının ayağından zərər aldığı və təyyarənin oksigen balonlarının deşildiyi məlum olub. Hətta xilasetmə kəmərlərinin belə deşilməsi vəziyyətin nə qədər ağır olduğunu göstərir.

Artıq bəllidir ki, təyyarənin vurulmasında Rusiya istehsalı olan “Pantsir-S” zenit-raket sistemindən istifadə olunub. İlkin məlumatlara əsasən, radioelektron mübarizə vasitələri vasitəsilə təyyarənin naviqasiya sistemləri də bloklanıb.

Sağ qalan Aydan Rəhimli həmçinin qeyd edib ki, ekipaj üzvləri ilə son ana qədər əlaqə saxlayıblar. Xüsusilə, vurulan təyyarədə həlak olan bələdçi Hökumə Əliyeva ilə faciədən az əvvələ qədər dəfələrlə daxili telefon vasitəsi ilə danışdıqlarını bildirib.

Təyyarə zədələnmiş olsa da, pilotların vəziyyəti idarə etməyə çalışdığı, lakin ikinci partlayışın nəzarəti tamamilə itirməsinə səbəb olduğu vurğulanır.

Baş verənlər Azərbaycanda dərin hüzn və hiddətlə qarşılanıb. Təyyarədə 38 nəfərin həyatını itirməsi ilə nəticələnən bu faciənin təfərrüatlarının tam araşdırılması və məsuliyyətin qəbul edilməsi tələb olunur. Bakıdan Rusiya tərəfinin məsuliyyəti etiraf etməsi və üzrxahlıq gözləntisi yüksəkdir.
Lakin indiyəcən baş verən hadisələr gözləntini doğrultmur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR