İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-dan Bakı-Naxçıvan aviabiletləri ilə bağlı XƏBƏRDARLIQ 

Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur: "Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq".

"Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR