İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Bakıdan Minskə müntəzəm uçuşlar həyata keçirəcək

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

Bu barədə Musavat.com-a qurumdan bildirilib.

Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri QSC-nin internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR